Həbsdən çıxan Elşad Xosenin bu davranışı müzakirələrə səbəb oldu - Video

23 Yanvar 2026
6972a0bfcfdab202601261215
249

Reper Elşad Xose həbsdən azad edildikdən sonra ilk dəfə sosial şəbəkədə video paylaşaraq baş verənlərlə bağlı münasibətini açıqlayıb.

Küçədə söyüş işlətməsi ilə bağlı saxlanılan sənətçi videoda bildirib ki, ümumiyyətlə söyüş tərəfdarı olmayıb.


Onun sözlərinə görə, gündəlik həyatda bəzən emosional anlar yaşansa da, söyüşdən məqsədli və ya ünvanlı şəkildə istifadə etməyib. Xose qeyd edib ki, səsləndirdiyi ifadə təhqir xarakteri daşımayıb və sadəcə emosional hayqırtı olub.

Xatırladaq ki, 47 yaşlı repçi bir neçə gün əvvəl Yasamal rayonunda xuliqanlıqda ittiham olunaraq saxlanılmış, məhkəmənin qərarı ilə 15 sutkalıq həbs cəzası almışdı. O, apelyasiya şikayəti verərək tanınmış şəxs olduğunu və müalicə aldığını əsas gətirsə də, Apelyasiya Məhkəməsi ilkin qərarı dəyişməz saxlamışdı.  / Milli.az