Hamının önündə ona toxunmaq istəyən bəyə baxın necə reaksiya verdi - Video

15 İyun 2026
6a2fad68e87b4202606264440
1897

Rəqqasə Aygün Babayeva sosial şəbəkələrdə yayılan görüntüləri ilə gündəmə gəlib.

Kadrlarda sənətçi onunla şəkil çəkdirmək istəyən bir şəxsin yaxın davranışına etiraz edib. Aygün Babayeva əl hərəkəti ilə məsafə saxlanılmasını xatırladaraq qarşı tərəfin ona toxunmasına mane olub.

Daha sonra rəqqasə şəkil çəkdirərkən müəyyən sərhədlərin qorunmasının vacibliyini vurğulayaraq, "Şəkil çəkərkən toxunmaq olmaz. Bu şərtlə mənimlə foto çəkdirə bilərsiniz" məzmununda fikir səsləndirib.

Onun bu reaksiyası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi sənətçinin şəxsi məkanına hörmətlə yanaşılması fikrini dəstəkləsə də, fərqli mövqedən çıxış edənlər də olub.

Yayılan görüntülər qısa müddətdə çoxsaylı baxış toplayaraq diqqət mərkəzinə çevrilib. / Milli.az