Hamı sənətkarlığımı qəbul etməlidir, özümə rəqib görmürəm – Tacir
Müğənni Tacir Şahmalıoğlu maraqlı açıqlamaları ilə gündəmə gəlib. Müstəqil.tv xəbər verir ki, o, sənətdə özünə heç kəsi rəqib görmədiyini bildirib.İfaçı qeyd edib ki, onun sənətkarlığını hamı qəbul etməlidir:
“Mən gözlədiyim olmadı. Çünki Manafla bi biri-birimizə qardaş demişik, hər zaman da birlikdə olmuşuq. Tək Manaf yox, hamısı sənətkarlığımı qəbul etməlidir. Sənətdə də özümə rəqib görmürəm. Əlində 3-4 fonoqraması olan elə bilir ki, oxuyandır. Musiqi ədəbiyyatını gözəl bilirəm. Tamam başqa bir sənətkaram. Məni heç kimlə qarışdırmayın. Söhbət təkcə Manaf və Əflatundan getmir. Siz bilirsiniz ki, mən dəryayam. Öləndən sonra deyəcəklər ki, sağlığında ondan istifadə edə bilmədik”.
Qeyd edək ki, müğənni bu barədə “Tarixin bir günü” verilişində danışıb.
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı