Əvvəl atasını öldürüb, sonra həyətə düşüb anasını gözləyib... - Təfərrüatlar açıqlandı

  • Digər
  • 12 Fevral 2024
65cb8e5609237202402244422
  • Oxunub: 1740

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib.

Əhməd vaxtilə idmanla məşğul olub. Sonradan idmanda aldığı zədə onun sağlamlığına ciddi təsir edib. Bu səbəbdən 25 yaşlı gəncin mütəmadi olaraq Psixiatriya Xəstəxanasında yatdığı bildirilir.

Ailəni tanıyanlarının sözlərinə görə, Əhməd onlarla birgə yaşamayıb, onun üçün hətta avtomobil alınıb, başqa evdə yaşamasına da şərait yaradılıb. Hadisə baş verən gün səhər tezdən Əhməd marketdən bıçaq istəyib. Lakin ilk girdiyi marketdən bıçaq ala bilmədiyi üçün başqasına yollanıb.

O, axşamtərəfi əvvəlcə atasını öldürüb. Daha sonra əli qanlı marketin qarşısına düşüb, anasını gözləyib. Anası direktor olduğui məktəbdən gələndən sonra isə marketin arxa hissəsindən baltanı götürərək mənzilə tərəf qalxıb. Bu zaman market işçiləri polisə məlumat verib.

Buna qədər isə Əhməd anası ilə qardaşını öldürüb.

Qeyd edək ki, Əhməd Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. / Qafqazinfo

Oxşar xəbərlər
Tapılmadı