Günel ilk dəfə həyat yoldaşı ilə şəklini paylaşdı - Foto

25 Yanvar 2026
695c96a7eda40202601265919
1483

“Space” telekanalında “Banu” verilişinin aparıcısı Günel Həsənzadə ilk dəfə həyat yoldaşı ilə şəklini paylaşıb.

Aparıcı fotoda həyat yoldaşının üzünü gizlədib. Onun paylaşımına izləyiciləri “Allah sizi xoşbəxt eləsin!”, - şərhini yazıblar. Günel isə həmin rəylərə “bəyənmə” işarəsi qoyub.

Qeyd edək ki, G.Həsənzadə gizli şəkildə türkiyəli iş adamı ilə ailə qurub. O, bu xəbəri xeyli vaxt mətbuatdan gizli saxlaya bilib. / Lent.az