Günay Ağamalı həmin görüntülərdən danışdı - Foto
26 Noyabr 2025
2022
"Sosial mediada ailə üzvlərim haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır".
Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
"Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir", - deyə millət vəkili bildirib.
G.Ağamalı qeyd edib ki, yayılan videodakı şəxs onun övladı deyil:
"Bu sifarişlə hazırlanmış bir qara-piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir. Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir. Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq. Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram".
Qeyd edək ki, yerli KİV-də millət vəkilinin qızının görüntülərinin paylaşıldığı iddia olunurdu.

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
12.03.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Kəmalə Günəşlinin bu əmələ görə həbsi tələb edilir - Foto
26.03.2026 14:45
Cəmiyyət
Kəmalə Günəşlinin çox gözəl səsi var - Aparıcının sözləri müzakirələrə səbəb oldu
26.03.2026 09:35
Cəmiyyət
Tanınmış tiktoker vəfat etdi - Foto
26.03.2026 09:34
Cəmiyyət
İran ABŞ-yə elə bir zərbə vurdu ki... - Bunu gözləmirdilər
25.03.2026 23:02
Cəmiyyət
İcra hakimiyyəti "Əsgərə pay” adı ilə şagirdlərdən yığılan bayram xonçalarını mənimsədi - Şok iddia
25.03.2026 20:33
Cəmiyyət
Kəmalə Günəşli "Atışmamış" mahnısını toyda oxudu - Video
25.03.2026 13:27
Cəmiyyət
"İranda hakimiyyət dəyişdi" - Dünyaya elan edildi
24.03.2026 23:59
Cəmiyyət
İrandan ABŞ-yə inanılmaz hədiyyə: Baxın verilən nə imiş
24.03.2026 23:50
Cəmiyyət
Kəraməti görüşə çağırdım, mənə dedi ki... - Mehman Əhmədlidən şok iddia
24.03.2026 22:53
Cəmiyyət
Türkiyə müharibəyə qoşulacaq? - Ərdoğan elan etdi
24.03.2026 22:18
Cəmiyyət