Günay Ağamalı həmin çıxışına görə Səidəyə pul verib? - Şok açıqlama
Aparıcı Səidə Bəkirqızı deputat Günay Ağamalını müdafiə etməsi və hakimiyyətə yaxınlığı ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
İddialarla bağlı Musavat.com-un suallarını cavablandıran aparıcı Günay Ağamalını şəxsən tanımadığını deyib.
“Mən bu xanım deputatı həyatda heç vaxt görməmişəm. Bir Allah şahiddir ki, Günay xanımın bircə sözünə haqq qazandırmışam ki, bəzi Azərbaycan kişilərində tənbəllik var”, - Səidə Bəkirqızı bildirib. Sezar pizza
Aparıcının sözlərinə görə, deputatın digər fikirləri ilə razılaşmayıb və onunla nə alacağı, nə də verəcəyi var:
“Mənə yazıb soruşurlar ki, Günay Ağamalı bu çıxışa görə sənə nə qədər pul verdi? Əqidəsini pula satan adamlar elə bilirlər ki, mən kiminsə pulu ilə danışıram. Kimdənsə bir manat da almamışam, pulu öz əziyyətimlə qazanıram. Heç vaxt kiminsə xoşuna gəlim deyə danışmamışam”.
O, hakimiyyətə yaxın olması barədə səsləndirilən fikirlərə də toxunaraq bildirib ki, fəaliyyəti dövründə daim insanların problemlərini gündəmə gətirib, regionlardakı çatışmazlıqları işıqlandırıb və məmurları tənqid edib. S.Bəkirqızının sözlərinə görə, bu mövqeyi səbəbindən vaxtilə "Space" televiziyasındakı verilişi də bağlanıb.
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto