Görünüşü ilə heyran edən Əməkdar artistin yaşını eşidənlər inanmadı - Foto

06 Fevral 2026
698575fea3ef7202602260254
329

Əməkdar artist Suğra Bağırzadə yaşını gizlətməməsinin səbəbini açıqlayıb.

78 yaşlı sənətçi bu barədə “Günə uğurla” verilişində danışıb":

"İnsan hayatda bir şeyə nail olmaq üçün əziyyət çəkir. Hamı deyir ki, niyə yaşını gizlətmirsən? Cavab verirəm ki, mən bu yaşa, hörmətə çatana kimi o qədər əziyyət çəkmişəm. Bu göydən düşmür, bunu qazanmaq lazımdır. Ona görə də yaşı gizlətmək gülməli gəlir".

Qeyd edək ki, S.Bağırzadə "Ulduz, "Alma almaya bənzər", "Şir evdən getdi" kimi məşhur filmlərdə rol alıb. / Axşam.az