Gəncədə bu gün niyə izdiham baş verib? - Video

10 May 2026
6a00d5be06bb3202605260014
2587

Gəncə şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə yeni çağırılan əsgərlərin təntənəli andiçmə mərasimi keçirilib. Vətən qarşısında müqəddəs borclarını yerinə yetirməyə hazır olan gənclərin bu xüsusi günü böyük coşqu ilə müşayiət olunub.

Mərasimdə iştirak etmək üçün ölkənin müxtəlif bölgələrindən gələn valideynlər və yaxınların say çoxluğu ərazidə əsl izdihama səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, hərbi hissənin qarşısında toplaşan yüzlərlə vətəndaş əsgərlərin sevincinə şərik olub, bu qürurlu anları telefon yaddaşına köçürüblər. Mərasim zamanı gənc əsgərlər dövlət bayrağı altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qoruyacaqlarına söz veriblər. Rəsmi hissədən sonra valideynlərin övladları ilə görüşü duyğulu anlarla yadda qalıb. / Nocomment.az