Gənc aktrisaya əxlaqsız təklif edən görün kim imiş: ""Porsche", "Torqovıda" ev alacağam"
Gənc aktrisa, aparıcı Zarina Qurbanova yenicag.az-a müsahibə verib.
O, şəxsi həyatı barəsində etiraflar edib.
4 il əvvəl "Xəzər televiziyasında "İkinci sənət verilişinin aparıcısı idim. Bir oliqarxın xoşuna gəlmişdim. Xəbər göndərdi. Sonra kanalın qabağında qarşımı kəsib, dedi: "ya mənim sevgilim olacaqsan, ya da səni kanaldan uzaqlaşdıracağam. Dedim ki, nəvən yaşındayam. Söylədi ki, sənə "Porsche, "Torqovıda ev alacağam, - deyə Z.Qurbanova bildirib.
Aktrisa qeyd edib ki, ona yaxınlaşan şəxsin yaxşı 70-dən çox imiş.
"Avtomobillə yolumu kəsirdi. Mən yaxşı bilirəm ki, bu gün müğənnilər, aktrisalar hansı yolla pul qazanır. Mənə də belə təkliflər çox olub, qəbul etməmişəm, - deyə o söyləyib.
"Deyirlər, sən bizim ilk sevgilimizə bənzəyirsən, badamı gözlərin bizi öldürür. Hamısı da eyni cür "padxodedir. Hətta bir məmur qabağımda ağladı ki, nakam sevgimə oxşayırsan. Onlara yazığım gəlir, - deyə Z.Qurbanova sözlərinə əlavə edib.
Aktrisa baş verənlərdən sonraartıq cavan məmurların ona yaxınlaşmaqdan çəkindiyini vurğulayıb:
"Onlar mənə yaxınlaşmır, bilirlər ki, yıxıb-sürüyəcəyəm. Qocalara yazığım gəlir. Çünki ünsiyyət acısıdırlar, onlarla heç kim səmimi deyil. Hamı onlarla puluna görə mehribandır.
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı