Gəldi dedi ki, ailəmi sənə tapşırıram - Tahir ilk dəfə bunu açıqladı
01 Oktyabr 2025
4078
“Düz 49 il biz Cabirlə gözəl həyat yaşadıq. 49 ildir sənətdə idi, amma o doğrudan da çox böyük ömür yaşadı – zəngin, dolu, işıqlı, ilk vaxtlarda qayğısız… Valideynlərimizin sayəsində qayğısız, Şuşalı, Şuşasız günlərimizi yaşadıq və yenidən şükürlər olsun ki, Şuşalı günlərimizi yaşadıq”.
Qlobal.net xəbər verir ki, bu sözləri qardaşının vida mərasimində çıxış edən Tahir İmanov deyib.“Biz həyatın mənası barədə çox danışmışdıq. Baxmayaraq ki, bəzi qüvvələr bizi, Cabiri bir az pis, mənfi tərəfdən göstərmək istəyirdilər, amma bir misal var: Allah kimi ucaldarsa, onu heç kim alçalda bilməz. Cabir belə insanlardan idi. Nümunəvi vətəndaş, nümunəvi ata, nümunəvi oğul, nümunəvi nəvə idi. Çoxları elə bilir ki, o məndən böyük olub, amma mən ondan 2 yaş böyük olmuşam və ondan çox şey öyrənmişəm. Bəlkə də buna görə həyatının son illərində məndən qabağa getdi. Söhbət bu gözəl binadan gedir və ona dövlət tərəfindən həvalə olunan çox məsuliyyətli və eyni zamanda şərəfli vəzifədən gedir”.T.İmanov vurğulayıb ki, istər “KVN”-li, istər “KVN”-dən sonrakı illərdə onların həyatının mənası yalnız Şuşa olub:“Çünki təməlimiz bəstəkar Süleyman Ələsgərov tərəfindən belə qoyulmuşdu. Eşq olsun bizi Qarabağa gətirən, müzəffər Ali Baş Komandanımıza. İnanın ki, müharibə başlayan gün Cabir özünə yer tapa bilmirdi. Bunu birinci dəfədir açıqlayıram. Anam da, atam da buradadır. Gəldi dedi ki, ailəmi sənə tapşırıram, mən müharibəyə gedirəm. Bunu həmin o insanlara, həmin o jurnalistlərə deyirəm, bizim dalımızca danışırdılar, deyirdilər ki, “siz kefdəsiniz, amma camaat orda savaşır”. Bəli, camaat savaşır, bəs siz hardan bilirsiniz Cabirin ürəyində nələr var idi? Dedim,Cabir, sən necə deyirsən, elədir. Getdi. Amma dövlətimiz dedi ki, hələ sənin növbən gəlib çatmayıb, Cabir, sən gözləməlisən. Ondan xəbərsiz mən də getdim, amma ona heç nə demədim, çünki bilirdim ki, nəsə olsa, mütləq mənim ailəmə başçılıq edəcək. Biz belə böyümüşük”. / bakupost

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
24.01.2026 00:19:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Açıq-aşkar etiraf etdi - "Boşanmalar bizə görə artıb"
17.02.2026 00:45
Cəmiyyət
Bayram Nurlu siyasətə qoşulur? - Deputatın partiyasına...
16.02.2026 19:55
Cəmiyyət
Bu ölkə zaurların, xoşqədəmlərin, coliklərin ölkəsi deyil: Rədd edin efirdən bunları - Şok sözlər
16.02.2026 17:37
Cəmiyyət
Afət tanınmış sənətçinin qızı imiş - Video
16.02.2026 15:58
Cəmiyyət
Mənə intim təkliflər edirlər: Deyirlər ki... - Faiqdən şok etiraf
16.02.2026 01:03
Cəmiyyət
Zaurdan 28 ildir boşanan müğənniyə qeyri-etik sual - Video
16.02.2026 00:49
Cəmiyyət
Qurbanov üsyan etdi: "AFFA-da bunu görmürlər?"
16.02.2026 00:27
Cəmiyyət
Tanınmış aparıcı efirə ədəbsiz geyimdə çıxdı - Foto
15.02.2026 23:06
Cəmiyyət
Gülay Zeynallıdan ailəsi ilə bağlı paylaşım - Foto
15.02.2026 21:19
Cəmiyyət
Mehriban Əliyevanın rəzil etdiyi "Qadın Emin" baxın kim imiş - Video
15.02.2026 19:56
Cəmiyyət