Fəzail Ağamalı niyə tələsik və urvatsız dəfn olundu?
10 Fevral 2026
2645
Fəzail Ağamalı – kiminin xoşuna gələ bilər, kiminin yox; kimi üçün yaxşı, kimi üçün pis ola bilər – rəhmətlik Elçibəy demişkən, pul deyil ki, hamının xoşuna gəlsin.
Ancaq adam uzun bir siyasi həyat yaşayıb: 70-ci illərdə gizli tələbə hərəkatlarında da olub, 88-ci ildən başlayan proseslərə də qoşulub: bu ölkədə ilk partiya yaradanlardan olub, əmək nazirinin əvəzedicisi işləyib, 6 dəfə də deputat olub...Fəzail Ağamalı bütün mənfi-müsbəti ilə bu ölkənin ictimai-siyasi həyatında olmuş adamdır və 2000-ci ildə Ramiz Mehdiyevə qarşı çıxmağı bacaran azsaylı şəxslərdən biri idi. Ən azı bu cəsarətinə görə onun arxasınca danışanlar iki dəfə düşünsələr yaxşıdır.
Ölümü də qəribə oldu: xərçəng yoxlamasına getmişdi, oteldə ürəktutmadan dünyasını dəyişdi.
Cəmi bir gün keçdi və adam artıq dəfn edildi.
Dəfndən əvvəl dəfninə çalışanlar da az deyil – bu da onların haqqıdır, kimsənin haqqını əlindən almaq, gördüyünü, düşündüyünü ifadə etməsinə sipər olmaq yaramaz. Ancaq fiziki dəfndən əvvəl sosial şəbəkədə “dəfnə” başlayanlar özlərinin əbədi saymasalar, özlərinin də dəfn olunacağını anlasalar, daha adil yanaşma olar.
Gələk, vida mərasiminə. Deputat elədiyi qızı Günay Ağamalı bu gün səhər elan etdi ki, atası ilə vida mərasimi 12:00-da başlayacaq, Heydər Məscidində.
11:25-də artıq vida mərasiminin başladığı barədə mediada məlumat yayıldı.
Bu tələskənliyin səbəbi nədir?
Mənə maraqlı gələn başqa məqamdır: Fəzail Ağamalı nazirəvəzi işləyib, 30 ilə yaxın deputatlıq edib, partiya sədri olub, onun vida mərasiminə və dəfninə də həmkarları gəlməli idi.
Milli Məclisin bugünkü iclası saat 11:00-da başlayacaqdı və deputat Günay Ağamalı bunu əvvəlcədən bilirdi. Vida mərasimini 12:00-a salıb, 11:25-də başlamaq o deməkdir ki, millət vəkillərinin orda iştirakı mümkünsüzə çevrilir.
Bəlkə, məqsədli şəkildə edilib, təmtəraqdan qaçmaq üçün? Belədirsə, nahaq!
Hər şeyi urvatlı etmək gərək...
MM iclası ilə eyni vaxta salmazdılar gərək...
Şeyx Teymur
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
12.03.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Görün ondan nə tələb edildi
02.04.2026 21:01
Cəmiyyət
Samirə uzun aradan sonra görüntüləndi: Gözəlliyi ilə heyran etdi - Foto
02.04.2026 12:10
Cəmiyyət
Xalq artistinin qızı doğum anını paylaşdı - Video
31.03.2026 23:25
Cəmiyyət
Səyyad Aran “300-500 manat maaş məsələsinə” aydınlıq gətirdi: “Hamısı təxribatdır”
31.03.2026 12:17
Cəmiyyət
70 yaşlı Ağalarov 40 illik arvadından boşandı - Baxın neçə yaşlı xanımla evləndi - Foto
31.03.2026 09:19
Cəmiyyət
İran Türkiyəyə hücum etdi
30.03.2026 18:48
Cəmiyyət
Adil Kərimli Balayevin vida mərasimində niyə iştirak etməyib?
30.03.2026 16:05
Cəmiyyət
"Velizar"dan rekord: Canlı yayımı 100 mindən çox insan izlədi - Video
30.03.2026 12:35
Cəmiyyət
Ərinin xəyanətindən danışıb ağladı: Başqa qadınla özü tutubmuş - Video
29.03.2026 14:42
Cəmiyyət
Putin bu tanınmış azərbaycanlı ilə görüntülü danışdı
29.03.2026 14:34
Cəmiyyət