Fəzail Ağamalı hoteldə vəfat edibmiş

09 Fevral 2026
698a26ca7b0f9202602262618
448

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.

Bu barədə Oxu.az-a mərhumun oğlu Elçin Ağamalı məlumat verib.

O bildirib ki, hazırda mərhumun harada dəfn ediləcəyi müəyyənləşməyib.

Xatırladaq ki, 78 yaşlı mərhum siyasətçi axşam saatlarında Türkiyədə dünyasını dəyişib.

***

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Teleqraf.com-a mərhumun yaxınları məlumat veriblər.

Onların bildirdiyinə görə, F.Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bu gün səhər qaldığı hoteldə ürək çatışmazlığından dünyasını dəyişib.

F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

20:26

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşinin sabah və yaxud birisi gün Azərbaycana gətiriləcəyi bildirilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, mərhum siyasətçi 78 yaşında Türkiyədə dünyasını dəyişib.

19:42

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.

Oxu.Az bu barədə Manset.az-a istinadən xəbər verir.

Qeyd olunub ki, o, Türkiyədə dünyasını dəyişib. Fəzail Ağamalının qızı, millət vəkili Günay Ağamalı faktı təsdiqləyib.

Xatırladaq ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.