Fədayə Laçının etik olmayan görüntüləri yayıldı - Video

25 Mart 2026
69c7d33fa411d202603261023
3187

İçkili olduğu iddia edilən müğənni Fədayə Laçının canlı yayımı diqqət çəkib.

İfaçı həmkarı Afət Fərmanqızı ilə birlikdə toy məclisində olub. Onlar TikTok platformasında canlı yayım açaraq məclislə bağlı narazılıqlarını dilə gətirib. Canlı yayım zamanı sosial media istifadəçiləri Fədayə Laçının içkili olduğunu iddia edib.

Müğənnilər bildiriblər ki, məclis bitsə də, hələ də ödənişlərini ala bilməyiblər:

“Gecə saat 2-dir, məclis qurtarıb, hamı dağılışıb. Amma hələ də bizim pulumuzu verməyiblər. Laçınlıların toyudur, biz də gəlmişik oxumuşuq, amma ortada qalan yenə biz olmuşuq. Toyun pulunu hələ indi haqq-hesab edirlər. Məclisdə təkcə bəy, gəlin və biz qalmışıq”.

Afət Fərmanqızı isə bu vəziyyət qarşısında tüpürüm belə pul qazanmağa” ifadələrini işlədib. / Showmedia.az