Bakıda itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan 2008-ci il təvəllüdlü H.A. və 2007-ci il təvəllüdlü H.R. ilə bağlı təfərrüat məlum olub.
Qızlardan birinin xalası Baku TV-yə açıqlamasında bildirib ki, itkin düşən yeniyetmə qızlar Maştağa ərazisindən tapılıblar:
"Onlar bir qadının evində olublar. Qızlardan biri həmin evdə yaşayan oğlanların biri ilə sevgili olub. Onunla evlənmək məqsədi ilə birlikdə yaşayıblar. Üç qız, bir ana və iki oğlan eyni evdə 10 gün qalıblar. Mən qızlardan biri ilə telefonla danışdım, o da mənə yalvardı ki. xala məni buradan apar. Onlar bu gecə saat 3 radələrində polis bölməsinə gətiriliblər. Hazırda qızlar sosial xidmətlərə verilib. Digər qız da qorxudan o biri ilə bu evə gəlib. O valideynlərindən xəbərsiz sosial şəbəkəyə daxil olduğu üçün bu addımı atıb. Onun danışdığı oğlan olmayıb".
Qızlardan birinin anası isə xalanın dediklərini təkzib edib. O bildirib ki, onun qızı heç bir oğlanla ünsiyyətdə olmayıb.
Qızların babası Məsləhət Hüseynov qeyd edib ki, onlar da Maştağa da yaşayıblar və itkin düşən qızlar həmin ərazidəki başqa evə gedib.
Daha ətraflı süjetdə: