Əməkdar artist plastik əməliyyat edənləri qınadı: Ağ qorillaya oxşayırlar

14 Aprel 2026
69ddf6d316377202604261203
91

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatlarla bağlı açıqlaması ilə diqqət çəkib.

Sənətçi "Öz aramızda" verilişində bəzi qadınların estetik müdaxilələrdən sonra oxşar görkəmə düşdüyünü bildirib. O, qeyd edib ki, plastik əməliyyatların əleyhinə deyil, lakin təbiiliyin qorunmasının tərəfdarıdır.

Məhərrəmli açıqlamasında bildirib ki, son vaxtlar həddindən artıq estetik dəyişikliklər nəticəsində insanların bir-birinə bənzədiyini müşahidə edir:

"Yeni tendensiya başlayıb: yanaq həddindən artıq şişir, qəmzə çox dərin edilir, dişlər isə qeyri-təbii görünür. Bir yerdə oturmuşdum, yan masada 5-6 xanım vardı, hamısı bir-birinə bənzəyirdi. O mənzərəni bir daha görmək istəmirəm. Mən plastik əməliyyatın əleyhinə deyiləm, əksinə tərəfdarıyam, amma təbiilik qalmaq şərti ilə".

Müğənni  əlavə edib ki, hər kəs istəsə estetik müdaxilə etdirə bilər, lakin həddən artıq dəyişikliklərin xoş görüntü yaratmadığını vurğulayıb. / Milli.az