Əməkdar artist canlı oxudu, eşidənlərin ağzı açıq qaldı - Video
Əməkdar artist Nüşabə Ələsgərlinin studiyada canlı ifasının görüntüləri sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.
Canlı performans izləyicilər arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi sənətçinin səsini və canlı ifasını yüksək qiymətləndirərək peşəkarlığını vurğulayıb. Digər tərəfdən, bəzi izləyicilər ifanı bəyənmədiklərini bildirərək tənqidlərini gizlətməyiblər.
Müzakirə mövzularından biri də Nüşabə Ələsgərlinin geyimi olub. Bir çox izləyici sənətçinin geyimini köhnəlmiş və dövrə uyğun olmayan hesab edərək bunu ayrıca müzakirə obyektinə çevirib. Bununla yanaşı, onun sadəliyini təqdir edənlər də az olmayıb.
Görüntülər qısa müddətdə geniş yayılıb və sənətçinin canlı performansı ətrafında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrlə davam edir. / Milli.az
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı