Elməddinin xanımı ilk dəfə görüntüləndi: Baxın hansı vəzifədə işləyirmiş - Foto

12 Mart 2026
68ae1d7839308202508254752
281

Aktyor Elməddin Cəfərov ilk dəfə həyat yoldaşı Zema ilə kamera qarşısına keçib. 

“Zaurla Günaydın” aktyorun Gəncədəki evində qonaq olub. Zema heç vaxt görüntüsünün yayılmadığından danışıb. O bildirib ki, bunu ona Elməddin qadağa qoymayıb. “Bu, mənim öz seçimimdir” deyə, o, bildirib. 

Zema müəllim çalışdığını, bir neçə kitabın müəllifi olduğunu deyib. 

Qeyd edək ki, cütlüyün 2 oğul övladı var.