Elgiz və Tolikin verilişi bağlandı

25 Fevral 2026
699e0d92c0efe202602264402
3

Aparıcılar Tarix Əliyevlə Elgiz Əkbərin verilişinin yayımı dayandırılıb.

Son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra bu qərar verilib.

Elgizin həftəiçi hər gün ARB-də yayımlanan “Elgizlə izlə”, Tolikin isə “Space” TV-də ekrana gələn “Tarixin bir günü” proqramı bağlanıb.

Məsələ ilə bağlı aparıcıların özləri ilə əlaqə saxlanılmağa çalışılsa da, onlar zənglərə cavab verməyib. / Bizim.media