Elə bilirdim pul istəyir, sən demə... - Emindən etiraf

30 Aprel 2026
69f30b3fbdd18202604265647
117

Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə bağlı maraqlı açıqlama verib.

Müğənni sosial şəbəkədə Alyonanın etdiyi bir jesti uzun müddət yanlış anladığını bildirib:

“Alyona əvvəl iki əli ilə ürək göstərirdi. Sonra bir dəfə baş və işarə barmaqlarını birləşdirib göstərdi. Elə bildim ki, pul istəyir. Evdən çıxanda mənə bunu göstərirdi. Soruşurdum ki, nə qədər pul lazımdır? Sən demə, sevgi mənasını verirmiş".

Qeyd edək ki, cütlüyün bu nikahdan Afina adlı qız övladı var. / Axşam.az