Əhsən! Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəldi
İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir.
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva IX tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.
Ağ fiqurlarla oynayan 19 yaşlı qrossmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.