Efir qadağası qoyulan müğənnilərdən şok addım: Məmurların, iş adamlarının qapısına gedib...
04 Aprel 2026
2149
Efir qadağası qoyulan müğənnilər məmurların və iş adamlarının qapısına xahiş-minnətə düşüb.
Bir neçə aydır bəzi müğənnilərə qoyulan efir qadağası cəmiyyət tərəfindən təqdirəlayiq addım kimi qiymətləndirilir. Demək olar ki, ictimaiyyət bu qərarı alqışlayır. Çünki bu addım uzun müddətdir formalaşan ictimai tələbin nəticəsi idi. Tamaşaçılar artıq onların bayağı söhbətlərindən, ailə qalmaqallarından və qeyri-etik davranışlarından bezmişdi.
“Real Azərbaycan”ın əldə etdiyi məlumata görə, bu qərardan sonra bəzi müğənnilərin, loru dildə desək, əsas gəlir mənbələri bağlanıb.
Səsi, sənəti və mədəniyyəti ilə deyil, daha çox qalmaqal və süni gündəmlə tanınan bu “dırnaq arası sənət adamları” çıxılmaz vəziyyətə düşüblər. Artıq onların qeyri-rəsmi yollarla qazandıqları vəsait belə vəziyyətdən çıxmağa kifayət etmir.
Məlumata görə, bəziləri üzərlərində olan qadağanın götürülməsi üçün müxtəlif vasitələrə əl atır, hətta vəzifəli və imkanlı şəxslərin qapısını döyməyə çalışırlar. Buna baxmayaraq, verilən qərar hələ də qüvvədə qalır və dəyişməz olaraq tətbiq edilir.
Aidiyyəti qurumların nümayəndələrinin isə bu tip müraciətlərdən yorulduğu bildirilir.
Qeyd olunur ki, bu proses efir məkanında müəyyən təmizlənmə və keyfiyyətə doğru yönəlmə kimi də dəyərləndirilir. Tamaşaçılar artıq daha səviyyəli, etik normalara uyğun və peşəkar yanaşmanın üstünlük təşkil etdiyi proqramlara üstünlük verməyə başlayıb.
Nəticə olaraq, efir qadağası yalnız ayrı-ayrı şəxslərə qarşı tətbiq edilən məhdudiyyət deyil, bütövlükdə şou-biznes mühitinə verilmiş ciddi mesaj kimi qəbul olunur. Görünən odur ki, tamaşaçı zövqü dəyişir və bu dəyişikliklər gələcəkdə efir məkanının daha sağlam və keyfiyyətli formalaşmasına təsir edəcək.
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
10.06.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Boşanan qadının həyat tərzi monitorinq edilməlidir - Şok təklif
07.08.2026 23:12
Cəmiyyət
Damlanın oteldəki görüntüləri qalmaqala səbəb oldu - Video
06.08.2026 22:32
Cəmiyyət
Əməkdar artist açıq geyimdəki görüntüləri müzakirə edildi - Video
06.08.2026 22:30
Cəmiyyət
Tanınmış sənətçinin etik olmayan görüntüləri - Foto
06.08.2026 22:28
Cəmiyyət
Vətəndaşlarımız 300-500 manat konsertə pul verə bilirsə, demək ki, imkan var - Nadir
06.08.2026 22:04
Cəmiyyət
Arxa ilə trend olmurlar: Efirdə şok sözlər - Video
02.08.2026 01:27
Cəmiyyət
Müğənninin etik olmayan davranışları tənqid edildi - Video
02.08.2026 01:15
Cəmiyyət
Kişi ilə tanış olanda əvvəlcə bədəninin o yerinə fikir verirəm: Şok etiraf - Video
02.08.2026 01:01
Cəmiyyət
Küçük İbo illər sonra üzə çıxdı: Yeni halı təəccübləndirdi - FOTO
01.08.2026 23:52
Cəmiyyət
Aynur Dadaşova əməliyyatla görkəmini dəyişdi – Foto
31.07.2026 01:25
Cəmiyyət