Özü qadın paltarında "Mətbəx" verilişini aparan Coşqun Rəhimov verilişləri tənqid etdi - Pul qazanmaq üçün nələr edirlər

  • Digər
  • 03 İyul 2024
667e57ff2c396202406242815
  • Oxunub: 347

Əməkdar artist Coşqun Rəhimov sosial verilişləri tənqid edib. 

Aktyor "Şən gənc" verilişində sosial verilişlərin parodiya edilməsi səhnəciyinə münasibət bildirib. O, sosial verilişlərin efiri zəbt etdiyini deyib:

"Reallığı göstərirlər. Verilişlərimiz bərbaddır. Bəzi verilişlər var... Bilirik, görürük... Nə yazıq ki, belə mövzular hələ də var. Yaraşmayan insanı reytinq xatirinə gətirib verilişdə işıqlandırmaq, müzakirə edib, müqabilində pul qazanmaq. Televiziyanı bu cür mövzular zəbt edib".

Qeyd edək ki, sujetdə 4 uşağını atıb, qaynı ilə qaçan qadın, efirdə dava edən şəxslər və qeyri-etik ifadələr işlədən psixoloq əks olunub. / Axşam.az

Oxşar xəbərlər
Tapılmadı