Cəbhədə basdırıldı, dırnaqları ilə torpağı qazıb çıxdı - 5 gün sürünərək sağ qalan əsgərin dəhşətli hekayəsi - Foto

09 Sentyabr 2025
68bf46b4812bf202509251220
2006
Rusiya-Ukrayna cəbhəsində filmləri xatırladan hadisə baş verib.

Donetsk bölgəsində əsir alınan ukraynalı əsgər Vladislav ağır işgəncələrdən sonra boğazı kəsilərək 7 dostu ilə birlikdə kütləvi məzara basdırıldı. Ancaq möcüzəvi şəkildə sağ qaldı.

Məzarda olan sınmış şüşə parçası ilə bağlarını açmağı bacaran Vladislav, dırnaqları ilə torpağı qazaraq məzardan çıxdı. Boğazındakı yaraya parça bağlayaraq yaşamağa çalışan əsgər tam 5 gün sürünərək Ukrayna birliklərinə çatdı.

Övladını görə bilmək ümidi ilə dirəndiyini yazılı qeydlərdə bildirən Vladislavın hekayəsi, müharibənin acı üzünü bir daha ortaya qoydu.