Çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm - Xatirə

24 Mart 2026
689ef08a42c7e202508253210
274
Şair Nazilə Səfərli müğənni Xatirə İslamla bağlı açıqlaması ilə diqqət çəkib. 
 “Xəzər TV”yə açıqlama verən şair ifaçını pessimist adlandırıb: 
“Xatirə xaraktercə pessimist adamdır. Onu xoşbəxt etmək çətindir. O, anlıq xoşbəxt olanlardandır. Davamlı xoşbəxt ola bilmir. Bir dəfə sanatoriyaya gedib. Terapevt səni qarşılayır, suallar verir və sonra müalicə təyin edir. O da deyib ki, çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm. Depressiyadadır, bunu bu cür izah edib. Onun öz dünyası, ruh halı var”.