Bu xalqa güvənməyin - Nadirdən sərt sözlər

21 Fevral 2026
69995d1b48a6e202602262203
544
Nadir Qafarzadə izləyicilərə kin qusub: “Bu xalqa güvənməyin, yıxılanda bunlar adamın ayağından, əlindən tutan deyil, biləsiniz, yaxşılardan uzaq!”

Müğənni Nadir Qafarzadə Azərbaycan xalqını sərt formada qınayıb və bu sözləri sosial media hesabında paylaşıb.

O, “köklü insan, xalq heç vaxt pis olsa belə, öz xalqını ayağa vermir”,- deyə bildirib:

“Mağazaya sabun almağa getdim, amma tapmadım, dedilər bitib. Sən demə artıq bu sabun təkcə təmizlik vasitə kimi yox, başqa şey üçün də alınır”.

Müğənni “nədən bu qərara gəldim”,- deyərək əlavə edib:

“Bu yaxınlarda yaşlı xalq artistimiz Fatma xanım Mahmudova xəstəlik keçirib. Belə biz nə qohum, nə yerli deyilik. Amma Fatma xanım illərin sənətkarıdır. Qarabağın Ağdam bölgəsindəndir. Özünə böyük hörmətim var. Ola bilər xəstəliyi ilə bağlı nəsə əlamətləri var, ya yaşlanıb deyə ola bilərdə, mənim ona böyük hörmətim var. Çox yaxşı insandır. Onun qızı da oxuyur. Efirdə deyib ki, “mənim qızım Tarkandan yaxşı oxuyur”. Nə olsun deyəndəki? Sizin üçün Tarkan bilirsiz niyə Tarkandır? Çünki o böyük ölkənin starıdır. Sabun məsələsi də, bizimkilərə aiddir, sabun bizimkilərə aiddir. Yaxşılarımızdan uzaq. Sabun əlinizdən heç düşməsin. Bizdə ona görə heç vaxt birlik olmayıb, olmayacaqda! Birlik olsa idi, Fatma xanımı paylaşanda orda yazılan şərhlər, onu, qızını ələ salmalar olmazdı. Mən hamısını oxudum. Nifrət edirəm! Bilirsiniz bu nədən irəli gəlir? Bəzi insanların kökü yoxdur! Mən başa düşürəm, onların nənələri əsrlə boyu heç kimə yox deməyiblər, üzləri yumşaq olub, hamıya hə deyiblər. Müxtəlif xalqaların xəstə qoşunlarından olan nəvələri burda qalıblar… Köksüzlük belə olur. Köklü insan, xalq heç vaxt pis olsa belə, öz xalqını ayağa vermir. Sabununuz bol olsun. Sabun çox olsa, basılmaz vətən!” / Showmedia.az