"Bu Şəhərdə"nin Qurbanovla bağlı səhnəciyi etiraz yaratdı - Video

06 Fevral 2026
698561a11bb67202602263601
383

"Bu Şəhərdə"nin "Ev Dar" adlı konsertində Qurban Qurbanovla bağlı səhnəcik müzakirələrə səbəb olub.

"Ölkə.az" xəbər verir ki, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdikləri proqramda yer alan həmin epizod sosial şəbəkələrdə geniş reaksiyalara, narazılığa səbəb olub.

Tamaşaçılar arasında səhnəyə münasibət birmənalı olmayıb: bir qisim onu adi satira kimi dəyərləndirib, digər tərəf isə məşqçi obrazının bu formada təqdim edilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu müzakirə edib.

Həmin görüntüləri təqdim edirik: