Brilliant belə mahnı oxuma, efirə sanballı çıx - Meyxanaçıdan Xalq artistinə şok sözlər

24 Mart 2026
69c242ba97131202603265226
616

"Bəzi müğənnilərmiz son vaxtlar bazara düşsünlər deyə elə mahnılar oxuyurlar ki... Oxumayın da... Sizin mahnılar deyil axı".

Bu sözləri meyxanaçı Vüqar Əbdülov "Afaqla 10lar" verilişində deyib. Sənətçi Xalq artisti Brilliant Dadaşovaya irad bildirib:

"Brilliant Dadaşovanın özünə də dedim: "Hacının bir yarı vardı". Sən "Sevəcəyəm" oxuyan adam... Belə mahnıları oxumurlar deyə, biz qalırıq belə ki, nə yazım? Məclisdə oxu, Allah xeyrini versin. Məclisdə hər şey olar. Efirə, radiolara vermə. Qoy başqası paylaşsın, siz səhifənizdə paylaşmayın. Radioya, efirə sanballı çıx. Özünə qadağa qoy ki, bunu oxuya bilmərəm. Mən özümə qadağa qoyuram. Öz mahnılarımdan başqa başqa mahnı oxumaram. Toyda hər şey oxuyursan". / Axsam.az