Xanımdan boşanma səbəbi... - Talehdən reaksiya - Foto

14 Mart 2026
69b5926b30fd7202603265259
249

Taleh Yüzbəyovun influenser xanımı Xatirə Yüzbəyova sosial şəbəkədə etdiyi son paylaşımla diqqəti özünə çəkib.

O "Instagram"ın hekayə bölməsində maraqlı bir görüntü paylaşıb.

Paylaşımda Azərbaycan dilinin qrammatikası ilə uyğunluğu olmayan bir cümlə yazılıb: “Müasir dövrün boşanma səbəbi deyil de ne?”

Yüzbəyova aktyor ərinə “Niyə göndərdiyim "reels"lərə baxmırsan” sualını ünvanlayaraq gileylənib.

Taleh və Xatirə Yüzbəyovlar uzun illərdir ailəlidir və cütlüyün iki övladı var.

Xatırladaq ki, X.Yüzbəyova ötən il aparıcı Nəcibə Əhmədinin yutub verilişində  11 illik evlilikləri dövründə bircə dəfə boşanma qərarı verdiklərini bildirmişdi: “Sadəcə qərar verdik, məhkəməyə müraciət etmədik. Amma 12 gün ayrı qala bildik”. / Yenisabah.az