"Bizimləsən" və "Rəngarəng" proqramlarının yayımı dayandırıldı

17 Mart 2026
69b982f517152202603263605
301

"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Bizimləsən" və "Rəngarəng" proqramları efirdən çıxarılıb.

Kanalın mətbuat xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".

Eyni zamanda, Oxu.az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalında da ciddi efir dəyişikliklərinin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.