“Bizim nəsildə xanımlar çimərliyə getmir” - Müğənni

  • Digər
  • 24 İyul 2024
664ee0feb4e81202405242358
  • Oxunub: 1162

Bizim nəsildə xanımlar çimərliyə getmir”.

Bunu ARB-də yayımlanan “Onun sirri” proqramında çıxış edən müğənni Mətənət Əsədova deyib.

Çimərliyə gedənlərə həsəd apardığını bildirən ifaçının sözlərinə görə, o, hər zaman bundan məhrum olub:

“Bizdə çimərliyə gedən olmayıb. Günəş şuası qəbul etmək sağlamlıq üçün də faydalıdır. Amma mən bundan məhrum olmuşam. Həkimə gedəndə də mənə bildirildi ki, körpə uşaqda olan D vitamini məndə yoxdur. Ailəvi dostum var, bir dəfə zəng edib dedi ki, çimərlik geyimlərini götür dənizə gedək. Dedim, axı mənim çimərlik geyimim yoxdur. Allah haqqı, yoxumdur. Mən indiyədək xaricə də gedib dincəlməmişəm”. / Konkret.az

Oxşar xəbərlər
Tapılmadı