Bir binada 70 ölü, 90 yaralı - İranda dəhşət yaşanır

28 Fevral 2026
69a309a32fef6202602262835
192

İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 70 nəfərə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi "Telegram" kanalında məlumat yayıb.

"Minabdə təxminən 70 nəfər həlak olan, 90 nəfər yaralanıb", - məlumatda qeyd olunub.

Məlumata görə, həmin təhsil müəssisəsində 170 uşaq təhsil alırdı.