“Belə getsə qızlarımız ər tapmayacaq”

  • Digər
  • 19 Sentyabr 2024
66ebb5fca1503202409242620
  • Oxunub: 165

Müğənni İntiqam Kərimov açıqlaması ilə gündəmə gəlib. 

64 yaşlı sənətçi qonaq olduğu “Günə bax” verilişində oğlanların qızlar kimi rəqs etməsini tənqid edib. 

Kərimov bu mövzuda fikirlərini bu şəkildə ifadə edib:

“Heç kimi qınamaq istəmirəm. Amma son zamanlar baxıb görürsən ki, oğlanlar başlayıblar nazlı rəqslər etməyə. Belə baxıb görürəm ki, 30-40 ildən sonra qızlarımız deyəsən özlərinə ər tapmayacaqlar. Beləcə bizim musiqilərimizi də dəyişdilər”. 

Qeyd edək ki, İntiqam Kərimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində estrada sənəti fakültəsində klassik və estrada vokalından dərs deyir. Olay.az

Oxşar xəbərlər
Tapılmadı