Bayram Nurlu siyasətə qoşulur? - Deputatın partiyasına...

16 Fevral 2026
69933e558440f202602265709
392

Məşhur ekstrasens, "Instagram" fenomeni Bayram Nurlu siyasətə qoşulacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com-a açıqlama verən fenomen yayılan xəbərlərin əsassız olduğunu deyib.
“Heç bir siyasi fəaliyyətim yoxdur. Fenomenəm, blogerəm. İşim budur. Mənə səhərdən zənglər gəlir. Bilmirəm bu xəbəri kimlər nə məqsədlə yayır. Siyasətə qoşulmuram. Elə fikrim də yoxdur. Yalan xəbərdir”.
Qeyd edək ki, sözügedən xəbəri yayıb.
Bildirilib ki, Bayram Azərbaycan Demokratik Maarifçilik Partiyasına üzv olmaq üçün müraciət hazırlayıb.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri hazırda Milli Məclisin deputatı kimi də fəaliyyət göstərən Elşən Musayevdir.