Balaəli Kəramətlə aralarında olan gərginliyin səbəbini açıqladı

18 Mart 2026
69bbce5e0ddb1202603262222
196

Meyxanaçı Balaəli yazıçı Kəramət Böyükçölün onun haqqında səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Balaəli bildirib ki, kiminsə onu və ya meyxananı bəyənməməsi bu sənətin dəyərsiz olduğu anlamına gəlmir:

“Əgər mən bir insanı bəyənmirəmsə, bu o demək deyil ki, o pisdir. Sadəcə, mənim zövqümə uyğun deyil. Eyni ilə də kiminsə meyxananı bəyənməməsi onun sənət olmadığını göstərmir. Sən bəyənmirsənsə, bu demək deyil ki, meyxana sənət deyil. Sənin xoşuna gəlmir. Sən bir yazıçı olaraq da mənim xoşuma gəlmirsən. Amma o demək deyil ki, sən pis yazırsan. Mən səni bəyənmirəm. Əgər o meyxananı sənət kimi qəbul eləmirsə, amma hansısa meyxanaçı haqqında fikir bildirirsə, o insan haqda danışmağa nə ehtiyac var? Lazım deyil”.

Balaəli səslənən tənqidlərin arxasında qısqanclıq olduğunu da istisna etməyib:

“Allah bizi paxıl, qısqanc insanlardan, həyatda bir naliyyəti olmayan, müxalif fikirli adamlardan qorusun. Bu, sadəcə paxıllıqdır.” / Showmedia.az