Bakıda 25 il əvvəl çəkilən foto indi gündəm: Həmin ailə... - Foto

11 May 2026
6a017d406a0ec202605265456
1373
Aparıcı İlkin Həsəni 2001-ci ildə Bakı küçələrində çəkdiyi fotodakı ailəni tapıb.
Bu barədə instaqramda paylaşım edib.
O qeyd edib ki, 24 il sonra həmin ailənin üzvlərindən biri İlkinə mesaj göndərib.
“Axşamınız xeyir, İlkin bəy. Bu, sondakı ailə - mən, atam, anam və bacımdır. Bilmirəm necə başa salım, hansı hisslər keçirirəm. Çox sağ olun bu şəkil üçün. Çox duyğulandım, hətta əvəzedilməz bir hissdir deyə bilərəm. Böyük bir hədiyyə almış kimi varam. Sizə sonsuz minnətdarlığımı bildirirəm”.