“Azəriqaz”da 80 nəfər süpürgəçi imtahandan kəsildi - Video

28 Mart 2026
69c797079e393202603265327
250

​““Azəriqaz”da 80 nəfər süpürgəçi imtahandan kəsilib. Ay rəhmətliyin oğlu, camaat balasına deyir ki, oxumasan, süpürgəçi olacaqsan. Bu adam oxumayıb ki süpürgəçidir də. Ondan nə imtahan götürürsən?”

Pravda.az xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı "TV Müsavat"ın efirində deyib.

T.Abbaslı bu addımın anlaşılmaz olduğunu bildirib: “80 nəfər bilirsiniz, nə deməkdir? Sizi əmin edirəm ki, ailələrini o 80 nəfər dolandırırdı. İmtahan nədən ola bilər? Ən primitiv üstündə dayana biləcəkləri məsələ kommunikasiyadır. Yəni süpürgəçilər insanlarla ünsiyyətdə olurlar, davranış kodeksi var. Axı süpürgəçilər ağızlarını da bağlayırlar, yazıqlar yolu süpürürlər. Sən bundan nə imtahan götürəcəksən?” / pravda.az