Azərbaycanlı tələbə Britaniyanın nüfuzlu universitetinə qəbul oldu - FOTO

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir tələbəsi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçilib.

Bu barədə Universitetdən məlumat verilib.

Belə ki, universitetin Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi (tədris ingilis dilində) ixtisasının 2022/2023-cü tədris ilinin məzunu Nərmin Süleymanlı proqram çərçivəsində magistr təhsilini Böyük Britaniyanın Edinburq Universitetində “Advanced Chemical Engineering” ixtisası üzrə davam etdirəcək.

Abşeron rayonu, Mehdi Huseynzadə adına Novxanı kənd 1 saylı tam orta məktəbi 2018-ci ildə fərqlənmə ilə bitirən N.Süleymanlı həmin ildə 657 balla BMU-ya daxil olub.

2022/2023-cü tədris ilinin BMU məzunu bakalavr pilləsini ümumi orta müvəffəqiyyət göstəricisi 97,27 olmaqla başa vurub.

Şəkillər