Azərbaycanlı tələbə 82 min dollarlıq təqaüd qazandı

25 Fevral 2026
699e0b19e39cc202602263329
16

Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə tam təqaüdlə qəbul alan ilk azərbaycanlı şagird olub.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, N.Hüseynli güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilib. Universitet tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir.

Onun təqaüdü 82000 ABŞ dolları məbləğindədir. / Azpolitika.info