Azərbaycanlı müğənnilərin olduğu təyyarə qəza enişi etdi

22 Mart 2026
69c02bfd0a440202603265053
441

Moskva-Bakı istiqamətində uçan sərnişin təyyarəsi qəza enişi edib. Göyərtədə azərbaycanlı müğənnilər də olub.

Bu barədə müğənni Talıb Tale sosial media hesabında paylaşım edib. Hadisə Rusiyada baş verib. Təyyarə havaya qalxdıqdan sonra quşlarla toqquşduğu üçün geri qayıdaraq Şeremetyevo hava limanına eniş edib.

Talıb Tale bildirib ki, havada qəza şəraitində uçanda həyatda hər şeyin boş olduğunu düşünüb.

Qeyd edək ki, təyyarədə müğənnilər Talıb Tale və Almaxanım Əhmədli də olub. Daha sonra sərnişinlər Moskvadan yenidən Bakıya yola düşüblər. / Showmedia.az