Azərbaycanın məşhur televiziyası bağlanır - Şok

16 Aprel 2026
69e1236c4bfc2202604265908
324

Xəbər verdiyimiz kimi, Speys TV-də (Space TV) başlayan yoxlama kanalın baş direktoru, keçmiş KVN-çi Vado Korovinin vəzifədən uzaqlaşdırılması ilə davam etdi.

V.Korovinin baş direktorluqdan uzaqlaşdırılması hələ son deyil.

Kanal əməkdaşlarının ötən ayın maaşını almadığı bildirilir. Gərginlik isə kanalda maliyyə çətinlikləri ilə bağlıdır.

Bu gün yayılan növbəti iddiada isə Speys TV-nin ümumiyyətlə bağlanacağı bildirilir. Yayılan məlumata görə, təsisçi kanalın fəaliyyətini dayandırmasına qərar verib.

Maraqlıdır ki, bütün bu proseslər Vado Korovinin ailəsində xoş gün ərəfəsində baş verir. Belə ki, 10 aprel tarixində mediada yayılan məlumatda Korovinin qızının toyuna hazırlaşdığı bildirilmişdi. Qeyd edilirdi ki, Korovinin qızı Zarinanın Əli adlı bəylə toy məclisi aprelin 18-də keçiriləcək.

Baş verənlərin toy mərasiminə təsir edib-etmədiyi haqda məlumat yoxdur. / Bakupost.az