Azərbaycanda gənc oğlanlar buna görə varlı və yaşlı qadınlarla münasibət qurur - Şok sözlər
02 İyun 2025
1539
Aralarında yaş fərqi böyük olan cütlüklərə qarşı insanların münasibətləri əksər hallarda birmənalı olmur. Xüsusilə də, mental dəyərlərə böyük önəm verən Azərbaycan cəmiyyətində.
Uzun illər yaş fərqi böyük olan cütlüklərdən söhbət gedərkən ilk ağıla gələn varinat yaşlı kişi-gənc qadın olardı. Lakin indi bu vəziyyət özünü yeni tendensiya ilə əvəzləyib. Artıq yaşlı qadın-gənc oğlan variantı da aktuallaşmağa başlayıb.
Təbii ki, bunun bir sıra bioloji, sosial, eyni zamanda subyektiv səbəbləri olsa da, əksər hallarda hekayə eyni cür cərəyan edir. Yüksək statusa və imkana malik olub, yeni macəra axtarışında olan yaşlı qadın və gənc maddi cəhətdən sıxıntıları olan oğlan.
Əsas təəssüf doğuran məqamsa ondan ibarətdir ki, artıq gənc oğlanlar arasında “alfons” olmaq istəyənlərin sayı xeyli çoxluq təşkil edir.
İllər əvvəl bu cür həyat yaşayan (şərti adı Tofiq) öz təcrübələrini Bizim.Media ilə bölüşüb.
Hal-hazırda ailəli olduğuna görə adının məxfi saxlanılmasını istəyən 35 yaşlı Tofiq 10-12 il əvvələ qayıdaraq həyatının o dönəmi haqqında danışmağa başlayıb. Onu da deyək ki, hündür, yaraşıqlı və idmançı olan şair eks “alfonsluğu”nu ehtiyacla izah edib:
“Tələbəlik illərimdə elə olurdu ki, dərsə getməyə də yol pulum olmurdu. Məni sevən qızlar çox idi. Birinə kontur, birinə “tutku”, kiminə də dönər aldırırdım. Belə deyək qonaq, qabırğa olurdum. Hər şey mail.ru (moy mir) profili açmaqla başladı. Həmin saytda o qədər məşhur olmuşdum ki, transseksuallar da mənə təkliflər yağdırırdı. Özümdən yaşda daha böyük qadınlardan gələn mesajlar görüşlərlə əvəzləndi. Kasıb xanımlara cavab yazmırdım. Hisslərinə inanmaq üçün “şeyx” ətirini tələb qoyurdum. Bilirdim ki, həmin vaxt çox az yerdə satılır. Tapa bilməyənlərdən həmin ətirin pulunu alırdım (o vaxt 280 AZN). Yaxın dostlarım zarafatla mənə fahişə də deyirdilər”.
“İlk olaraq, Fransanın Bordo şəhərində yaşayan erməni qadın mənimlə görüşmək istədiyini bildirdi. Dediyinə görə, vizajist idi. Fransaya gəlməyim üçün mənə 7 min avro göndərməyə hazır idi. Bir müddət sonra İtalyanın Sardinya adasından da oxşar təklif gəldi. Bu dəfə “müştərim” 45 yaşlı dul rus qadın idi. Varlı italyan əri öldükdən sonra ona külli miqdarda miras qalmışdı”.
“Tofiq”in bu həyat tərzi hərbi xidmətdən sonra işlədiyi zamanlarda da davam edib. Dediyinə görə, 2010-cu ildə 250 manat maaş aldığından “tələbəlik vərdiş”ini tərgitmirdi. Pula görə intim xidmət və şeirlər həsr etməyə davam edirdi:
“Görüşdüyüm qadınlardan biri varlı insanın məşuqəsi idi. Məşuqu Bakıda olmayanda mənimlə görüşürdü. Ona buraxılan pulları mənə xərcləməkdən çəkinmirdi. Bir dəfə başqa bir imkanlı xanımla rastlaşdım və məni çox sevdi. Evlənmək də təklif etdi. Əvəzində ən azından “X5” və obyektim olacaqdı. Sadəcə, dərindən fikirləşəndə əslində kim olduğum yadıma düşdü və imtina etdim. Çünki evimə gəlin gətirməliydim, kiminsə evinə gəlin köçməli deyildim. Düzü, müəyyən sosial çətinliklərlə qarşılaşanda onunla ayrıldığım üçün özümü qınadığım da olub. Amma əsas odur ki, puluna görə hansısa qadının qoltuğunun altına keçməmişəm. Normal yaşayıram.
Bəlkə də bu söhbətlər bəzi oxuculara tanış gələr deyə deyim ki, kimisə aldatmamışam. Şərtim şərt, sözüm söz olub. Amma cəmiyyətdə kişi və qadının yeri dəyişməsin deyə həmcinslərimə xanım himayəsinə girməyi tövsiyə etmirəm”.
Günümüzdə isə, “Tofiq”lərin sayı birə-beş artıb. Bu cür mənfi tendensiyanın populyarlaşması mental və sosial dəyərlərin, xüsusilə də ailə insitutunun deqradasiyaya uğraması deməkdir.

“Tofiq” xarici ölkələrdən də ona oxşar təkliflərin gəldiyini qeyd edib:

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
24.01.2026 00:19:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
"Öyrəşmisiniz dodağı böyük, makiyajlı qızlara" - Gülarə İsgəndərova
09.02.2026 00:59
Cəmiyyət
"İdrak"da şagirdlər də bıçaqlanıbmış - Gizlədilən şok hadisənin üstü açıldı
08.02.2026 23:45
Cəmiyyət
Şagird hadisədən əvvəl müəllimə baxın nə deyibmiş - Şok detallar üzə çıxdı
08.02.2026 17:24
Cəmiyyət
Tanınmış aparıcı barəsində yayılan xoş olmayan iddialara belə reaksiya verdi - Foto
08.02.2026 17:02
Cəmiyyət
Şagird xaricdən tapşırıq alıb? - Lisey rəhbərindən açıqlama
08.02.2026 14:53
Cəmiyyət
Həmin şagirdin paylaşımları diqqət çəkdi - Foto
08.02.2026 14:42
Cəmiyyət
Gecə 3-də canlı açdı, etik olmayan suala əsəbləşdi - Video
08.02.2026 10:43
Cəmiyyət
Müəlliməni üzr istədəcəklər deyə narahatam - Şok sözlər
08.02.2026 10:34
Cəmiyyət
Boşanma iddialarından sonra İcra başçısı bunu etdi - Foto
08.02.2026 10:10
Cəmiyyət
Nərimanın transfer olacağı tanınmış klubun adı açıqlandı
08.02.2026 09:53
Cəmiyyət