Azərbaycanda dilənmək qadağan edildi - 200 manat cərimələnəcək

20 Mart 2026
69bb8042c1d5c202603264906
78
Azərbaycanda dilənçiliklə məşğul olan şəxslərə qarşı cərimə və həbs sanksiyaları tətbiq ediləcək. İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni maddənin əlavə edilməsi təklif olunur. Qanun layihəsi artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Yeni qaydalara görə küçələrdə dilənən şəxslərə əvvəlcə xəbərdarlıq ediləcək və ya onlar 100 manatdan 200 manatadək məbləğdə cərimələnəcək. Əgər işin halları və şəxsin keçmişi nəzərə alınaraq bu cəzalar kifayət hesab olunmasa, 10 günədək inzibati həbs qərarı verilə bilər.
Azyaşlıları bu işə cəlb edənlər üçün isə daha ağır cəzalar müəyyənləşib. Belə hallarda 200 manatdan 500 manatadək cərimə və ya 15 günədək həbs cəzası tətbiq olunacaq.
Hazırda qüvvədə olan qanunvericilikdə bu növ əməllər avaralıqla məşğul olma maddəsi altında qruplaşdırılıb. / Demokrat.az