Ayrıldıqları deyilən Gülay “Zeynallı”dan imtina etdi - Video

28 Aprel 2026
69f10cd1b847d202604263857
3371

Müğənni Gülay Zeynallı və məşqçi Kamil Zeynallının münasibətləri ilə bağlı  bir detal diqqət çəkib. 

Uzun zamandır ayrıldıqları məlum olan, lakin bu barədə açıqlama verməyən məşhurların növbəti addımı maraqla qarşılanıb. 
 

Belə ki, Gülayın son iki ildir layihələrini təqdim edərkən Kamilin soyadından istifadə etmədiyi üzə çıxıb. Hətta Heydər Əliyev Sarayında konsert verən sənətçinin təqdimatında və anonsunda da “Zeynallı” yer almayıb. 


Gülayın “mavi tık”lı səhifələrində soyad dəyişikliyi etmək mümkün olmadığı üçün “Zeynallı” olaraq qeyd olunub. 

Konsertdə Kamilin yer almamağı da bu ehtimalları gücləndirib. / Bizim.media