Aynur Dadaşova kiminlə sevgilidir? - Şok etiraf

05 May 2026
69fa0b71bf840202605262329
101

Müğənni Aynur Dadaşova sevgi etirafı edib.

Sənətçi “Afaqla 10lar” verilişində yeni eşq yaşadığını açıqlayıb. O, həmkarı Niyam Salaminin “Aynur xanımın bu yaşda ürəyində hansı sevgi var? Hansı sevgidir ki, yadına düşəndə onu xəyala daldırır” sualına belə cavab verib:

“Sevib-sevilmək hər insanın haqqıdır. Susmaq nə deməkdir? Yaxşı ki, varsan, üzümü güldürürsən, çox xoşbəxtəm. Bu sualı verən yəqin görür ki, son vaxtlar Aynur gözəlləşib, xanım olub.

Niyam heç nə bilmir. İnsan sevəndə həyat dolu olur, həyat onun üçün maraqlı olur. Xumar Qədimovanın bir sözü var: sevməsəm, sevilməsəm, düşünməsəm yaşaya bilmərəm. Hər bir xanıma xoşbəxtlik arzu edirəm. Bu, hər bir xanımın haqqıdır. Mən də sevməli, sevilməliyəm. Mən də sevirəm”.

Qeyd edək ki, A. Dadaşova bir dəfə ailəli olub. O, xəyanət səbəbindən həyat yoldaşından ayrılıb. İfaçının bu nikahdan iki övladı var. / Axşam.az