Aygünün geyimi müzakirələrə səbəb oldu - Foto

10 May 2026
6a09d32bd4ca5202605263939
1850

Xalq artisti Aygün Kazımova sevənləri qarşısında mini konsert proqramı ilə çıxış edib.

Pop Diva səhnə performansı və seçdiyi geyim tərzi ilə yenidən diqqət mərkəzinə düşüb. Sənətçinin sinə və bel dekolteli səhnə geyimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İzləyicilər xüsusilə Aygün Kazımovanın fit bədən quruluşunu və enerjili səhnə görüntüsünü diqqətə çatdırıblar. Paylaşılan görüntülər qısa zamanda yayılaraq çoxsaylı şərhlər toplayıb.

Bəzi sosial media istifadəçiləri sənətçinin illərə meydan oxuyan görünüşünü tərifləyib, digərləri isə onun səhnə stilini uzun müddət müzakirə ediblər. Mini konsertdən yayılan videolar izləyicilər tərəfindən maraqla qarşılanıb. / Milli.az