Aybəniz Haşımova yüskək vəzifə verildi

09 Fevral 2026
6989e179cf054202602263033
343
Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib.
Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Məlumata görə, Aybəniz Haşımova fevralın 6-sı bu vəzifəyə təyin olunub. Bu gün isə artıq kollektivə təqdim edilib.
Qeyd edək ki, 58 yaşlı sənətçi “Bülbüllər” qrupunun yaradıcısı, Sənət Akademiyasının təsisçisi və rəhbəri, Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir. / Qafqazinfo.az