“Atışmamış əlimə yapış” sözləri tarixi kitablarda var – Kəmalə

29 Mart 2026
69c8e2ed1c0c3202603262933
284

Yeni mahnısına görə tənqid olunan müğənni Kəmalə Günəşli müzakirələrə münasibət bildirib.

İfaçı mahnıdakı sözlərin tarixi mənbələrdə yer aldığını deyib.

O bildirib ki, insanların bu ifadəni bilməməsi kitab oxumamaqla bağlıdır və mahnını seçərkən “atışmamış əlimə yapış” sözlərinə görə qınanacağını düşünməyib:

“Açığı, bir az araşdırmaq lazımdır, kitablara baxmaq lazımdır. Bu nədən irəli gəlir? Kitab oxumurlar. Mən kitab oxumasam da, kamandam var. Mahnını seçəndə tək olmuram. Bu sözlər də uydurma deyil, tarixdə, kitablarda var.

Biz mahnını seçəndə xoşumuza gəldi, şirin, oynaq mahnıdır. Heç düşünmədik ki, insanlar buna başqa cür yanaşar, buna görə qınayarlar. İnanın ki, bunu gözləmirdik. Ola bilsin, hansısa vurğuda səhv etmişəm, amma ümumilikdə bu sözlər bizim tariximizdə var və bu da təsdiqlənib”. / Showmedia.az