Atanın zibillikdən kağız toplayaraq oxutduğu qızı birinci oldu - Foto
Türkiyənin Adana şəhərində yaşayan və 3 uşaq atası olan Adnan Aslan 33 ildir ki, küçələrdə kağız tullantıları toplayaraq ailəsinin dolanışığını və övladlarının təhsil xərclərini qarşılayır.
Çətin həyat şəraitinə baxmayaraq, o, övladlarının yaxşı təhsil alması üçün illərdir böyük fədakarlıq göstərir.
Atasının zəhməti və əzmkarlığı nəticəsində qızı Lətifə Aslan mühüm uğura imza atıb. O, Çukurova Universitetinin Peşə Məktəbinin Turizm və Səyahət Xidmətləri ixtisasını yüksək nəticə ilə bitirib. Lətifə Aslan universitet üzrə ən yaxşı nəticəyə imza atıb.
Lətifə Aslan atasının çəkdiyi zəhməti heç vaxt unutmadığını bildirərək, əldə etdiyi uğurun arxasında onun fədakarlığının dayandığını deyib. Gənc məzun hazırda Dövlət Kadrları Seçimi İmtahanına (KPSS) hazırlaşır və gələcəkdə dövlət qulluğunda çalışmağı hədəfləyir.
İllərlə küçələrdə kağız tullantıları toplayaraq övladlarının təhsilinə dəstək olan Adnan Aslanın hekayəsi bir daha göstərir ki, əzm, zəhmət və valideyn fədakarlığı uğurun ən vacib təməlidir.
Atanın alın təri və illərlə çəkdiyi əziyyət qızının təhsil uğuruna çevrilib. Bu təsirli hekayə cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. / Showmedia.az
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto