Arbeloa 5 əsas oyunçusunu açıqladı - Ardaya şok

02 Fevral 2026
6980d51b6b3f8202602264723
196

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa əvəzolunmaz hesab etdiyi 5 oyunçunu müəyyənləşdirib.

Kilian Mbappe və Vinisius Junior Arbeloanın rəhbərlik etdiyi oyunların hamısında iştirak edib. Bildirilir ki, yarımmüdafiədə Cude Bellinghem və Federiko Valverde komandanın əsas oyunçuları hesab edilir. Arbeloa, Tibo Kurtuanı əsas qapıçı hesab edir. “France24”ün məlumatına görə, Arbeloa 5 oyunçunun "toxunulmaz" hesab edilib-edilmədiyi sualına, "Mən həmişə meydanda ən yaxşı oyunçuların olmasını istəyirəm", - deyə cavab verib.

Arbeloa hesab edir ki, sözügedən 5 oyunçu dünyanın ən yaxşı on oyunçusu arasındadır, ona görə də onlara tam etibar edir. / Metbuat.az